Yazıçı Joanne Rovlingin Harry Potter seriyasından növbəti, səkkizinci kitabı "Harry Potter and the Cursed Child" ("Harry Potter və lənətlənmiş uşaq") Britaniya vaxtilə gecə yarısı satışa çıxıb. Britaniyanın məşhur "Vaterstones" kitab şəbəkəsi 140 mağazasında yeni kitaba həsr olunmuş gecə keçirib. Dünyanın müxtəlif ölkələrindəki kitab mağazaları Harry Potter seriyasından olan yeni kitabın satışı üçün dünən gecə rejimində işləyib.
"Vaterstones" mağazasının rəsmisi BBC-yə deyib ki, "Bu kitabla bağlı öncədən aldığımız sifarişlər altı rəqəmli ədəddir. "Harry Potter" seriyasından çıxmış sonuncu kitabdan sonra biz belə satış rekordları müşahidə etməmişdik. Ümüd edirik bu kitab bizim ən çox satılan kitabımız olacaq".
Bu mağazasının "Piccadilly" küçəsindəki mağazasındakı növbələr yüz metrlərcə uzanıb və saatlarca davam edib. "Harry Potterçilər" saatlarla mağazanın qapılarının açılmasını gözləyiblər.
Xatırladaq ki, bundan bir gün öncə, şənbə günü Londonda ""Harry Potter və lənətlənmiş uşaq" teatrda tamaşaya qoyulmuşdu.
1997-ci ildən başlayaraq 7 hissəsi çap olunmuş "Harry Potter" seriyasından olan kitablar bu günə qədər 450 milyon tirajla satılıb, kitaba çəkilmiş filmlər prokatdan ümumilikdə 7 milyard dollar gəlir gətirib.