Özbəkistanın televiziya verilişlərində və dövlət əhəmiyyətli tədbirlərdə tardan istifadə qadağan edilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı heç bir rəsmi qadağa olmasa da, tar milli musiqi alətləri siyahısından çıxarılıb.
Özbəkistan dövlət hərbi orkestrindən verilən məlumata görə isə, tar Azərbaycan milli musiqi aləti olduğuna görə bu ölkədə ona ehtiyacı yoxdur.
Mənbə onu da deyib ki, musiqi məktəblərində artıq tar dərsləri də keçirilməyəcək, lakin ev məclislərində və ya heç bir çəkilişi olmayan kiçik tədbirlərdə tar çalına bilər.
Qeyd edək ki, tarla yanaşı akkordion da “qeyri-özbək” musiqi alətləri siyahısına düşüb.
Qeyd edək ki, 4 il qabaq UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi Azərbaycan tar ifaçılıq sənətini UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edib.