“Bakının canı olan İçəri Şəhər haqda irimiqyaslı bir film çəkmək istəyirəm. Film həm sənədli, həm də bədii olacaq. O filmdə İçəri Şəhər haqqında indiyə qədər heç yerdə səslənməyən çox fikirlər, xatirələr yer alacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında rejissor Vasif Babayev deyib. Son filmi “Yüksəliş”dən sonra bu qərara gələn rejissorun sözlərinə görə, daha öncə də bu mövzuya müraciət edib: “Qardaşım Arif Babayev də, mən də İçəri Şəhərdə böyümüşük. Xatirələrimiz, uğurlarımız, acılı-şirinli günlərimiz məhz İçəri Şəhərlə bağlıdır. Arif Babayev bədii filmlərində İçəri Şəhəri vəsf edirdi, mən də sənədli filmlərdə...
1983-cü ildə Arif rəhmətə gedəndən sonra onun xatirəsi naminə “İçərişəhərin ədəbi nağılı” adlı sənədli film çəkdim. Başıbəlalı oldu. O vaxt televiziyanın rəhbərliyi ekranlara çıxmasına icazə vermədi. Film illər keçəndən sonra nümayiş olundu. İndi də İçəri Şəhərlə bağlı film çəkmək istəyirəm. Bu film tam fərqli olacaq”.
Nərmin