5 Avqust 2016 15:57
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və türk aktyorlarının birgə çəkildikləri “The game” filminin çəkilişləri davam edir.

Teleqraf.com xəbər verir ki, filmin Şəkidə baş tutan çəkilişləri isə başa çatıb.

Ekran əsərinin baş rollarında əməkdar artist Bəhruz Vaqifoğlu ilə “Yer, göy, aşk”, “Küçük Gelin” serialları ilə məşhurlaşan türk aktrisa Ayşen Batıgündür.

Filmdə həmçinin əməkdar artist Elşən Rüstəmov, Əbdülqəni Əliyev (polis rəisi), Vüsal Murtuzəliyev (həkim), Pərviz Məmmədrzayev, Cəmilə Tağızadə, Pərvin Abıyeva, Eray Türk, Serkan Genc və başqaları çəkilir.

Quruluşçu rejissor Orxan Bayramov, ssenari müəllifləri Eren Azak, Orxan Bayramov, operatoru Fərşid Əlizadə, prodüseri Rüfət Əliyevdir.

Türklərin Şəki şəhərində almaz axtarışlarındakı sərgüzəştlərindən bəhs edən ekran əsəri oktyabr ayında ekranlara çıxacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər