Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımovun Moldovada hazırladığı tamaşanın premyerası avqustun 28-də olacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda rejissorun özü məlumat verib.
Qaqauz Milli Teatrında təqdim olunacaq tamaşa görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni, can-ciyər” pyesi əsasında hazırlanıb.
İki teatr arasında belə bir əməkdaşlığın məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.