“Türkiyədə mənimlə Kim Kardaşyan kimi rəftar edirlər. Halbuki çox hörmətli bir kinoaktrisasıyam”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə deyib.
Son vaxtlar instaqramda yerləşdirdiyi cəsarətli fotolara görə tez-tez təndiq atəşinə tutulan aktrisa özünə qarşı olan münasibətdən şikayətlənib: “10 ilə yaxındır ki, aktrisalıq edirəm. Üst-üstə qoysam, mükafatlarım boyumu aşar. 10 filmdə çəkildim, bir ilə yaxındır ki, instaqram sosial şəbəkəsindən istifadə edirəm. İnsanlar məni instaqram fenomeni kimi görürlər. Görünür, yeni nəsil məni tanımır. Sosial mediadan əylənmək üçün istifadə edirəm. Türkiyədə mənimlə Kim Kardaşyan kimi rəftar edirlər. Halbuki çox hörmətli bir kinoaktrisasıyam. Mükafatlarımı sadalamaq məcburiyyətimdə deyiləm. Onsuz da insanlar kinoteatra gedəndə mənim kim olduğunu görürlər”.
Pərvin