9 Avqust 2016 14:08
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç vaxt teatr səhnəsində doğum günümü qeyd etməmişəm”.

Bunu Teleqraf.com-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov deyib.

Aktyorun sözlərinə görə, buna səbəb teatr mövsümünün iyul ayında bağlanmasıdır: “Doğum günüm teatrın tətil vaxtına təsadüf edir. Ona görə səhnədə heç vaxt bu günü qeyd etməmişəm. Nə qastrol səfərlərində, nə də festivallarda keçirdiyim doğum günlərim olmayıb. Bu il bu günü ailəmlə keçirəcəm”.

Əməkdar artist çoxlarından fərqli olaraq hədiyyələri sevmir: “Birinci oğlum təbrik etdi. Gecə saat 12-i keçəndən sonra... Mənim rollarımdan kollaj hazırlamışdı. Bu, mənə ən gözəl hədiyyədir. Ümumiyyətlə, hədiyyələri o qədər də sevən deyiləm. Zəng edib, təbrik etmək mənim üçün ən böyük hədiyyədir. Dostlar-tanışlar da məni həmişə diqqət mərkəzində saxlayırlar”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər