9 Avqust 2016 16:00
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ali Məhkəməsi Avstriya yazıçısı Frans Kafkanın əlyazmalarının İsrail Milli Kitabxanasının mülkiyyəti olması barədə qərar verib.

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bununla da Kafkanın əlyazmaları ilə bağlı məhkəmə çəkişməsinə son qoyulub.

Məhkəmə avqustun 7-də Kafkanın dostu və vəsiyyət icraçısı Maks Brodun xələflərinin apellyasiya şikayətini rədd edib. 1924-cü ildə Kafka dostu Broda əlayzmalarını verərək, ölümündən sonra onları yandırmağı vəsiyyət edib. Lakin Brod əlyazmaları yandırmayıb, 1939-cu ildə arvadı ilə birlikdə nasistlərdən Fələstinə qaçarkən, onları özü ilə götürüb.

Kafkanın əlyazmalarının sahibləri və İsrail Milli Kitabxanası arasında məhkəmə 2008-ci ildən davam edirdi. Əlyazmaların hazırki sahibləri Yeva və Ruf Xoffelərə bu miras Brodun katibəsi olan analarından qalıb. Əlyazamaların bir hissəsini Brod nəşr etdirib, onlar Kafkaya böyük şöhrət gətirib.

Yerdə qalanını isə 1968-ci ildə, ölümündən qabaq katibəsi Ester Xoffeyə verib. Katibə onlardan bir neçəsini çox baha qiymətə sata bilib. Məsələn, "Proses" romanının əlyazmasından 2 milyon dollar qazanıb.

Xoffelər ailəsi kolleksiyanın bir hissəsini İsveçrə və İsrailin bank depozitlərində saxlayıb.

"Maks Brod ona vəsiyyət olunmuş əlyazmaların mümkün qədər baha satılmasını deyil, onlara mədəni və ədəbi müəssisələrdən birində uyğun yer tapılımasını istəyib" - deyə məhkəmə öz qərarında qeyd edib.

Frans Kafka 1883-cü ildə Praqada almandilli yəhudi ailəsində doğulub. O, XX əsrin almandilli ədəbiyyatının əsas simalarından sayılır. Məşhur əsərləri "Çevrilmə", "Proses", "Amerika", "Qəsr" əsəsrləridir. Əsərlərinin böyük hissəsi ölümündən sonra işıq üzü görüb. Əlbəttə ki, dostunun əlyazmalarını yandırmayan Maks Brodun sayəsində...


Müəllif:

Oxşar xəbərlər