12 Avqust 2016 14:30
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qeyri peşəkarlar çox vaxt deyirlər ki, biz kastinqə getdik görək ki, bizi çəkirlər, yoxsa yox. Sən hələ özün öz üzərində axtarış apar gör ki, obrazı oynaya bilirsən, ya yox”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Şamil Süleymanov deyib.

Hazırda kastinqində iştirak etdiyi filmin adını açıqlamayan aktyor ekran əsərinin “Azərbaycanfilm”in istehsalı olduğunu bildirib: “Adını deməyim, amma bir filmin kastinq mərhələsi apalır. Orda iştirak edirəm. İndiki mərhələdə həm rejissor obrazı axtarır, həm də aktyor özlüyündə o obrazı axtarır. Bu çox çətin məsələdir. İndi rejissor da axtarışdadır, mən də içimdə axtarışdayam. Ola bilsin rejissor məni seçsin, amma mən ona başa salım ki, özümü o rolda görmürəm. Beləcə onunla vidalaşa bilərik”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər