15 Avqust 2016 18:34
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Gürcüstanın Batumi şəhərində Polad Bülbüloğlunun musiqisi əsasında səhnəyə qoyulmuş Nizami Gəncəvinin “Xəmsə” əsəri əsasında hazırlanan baletin dünya premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, yay teatrında nümayiş olunan tamaşa Georgi Aleksidze adına “Tiflis müasir balet” adlı kamera truppasının ifasında təqdim olunub.

Tamaşada iki əsas kişi rolunu Azərbaycandan xüsusi olaraq dəvət edilmiş Anar Mikayılov və İntiqam Məmmədov oynayıb. Hər ikisi Opera və Balet Teatrının solistləridir.

Tamaşadan sonra səhnəyə çıxan Polad Bülbüloğlu baletin ərsəyə gəlməsində köməyi olan hər kəsə və tamaşaçılara təşəkkür edib.

Fotoları teleaparıcı Hacı Nuran rəsmi instaqram hesabında paylaşıb:

Nərmin


Müəllif:

Oxşar xəbərlər