Azərbaycanın əməkdar artisti və Dağıstan Respublikasının xalq artisti Ədalət Şükürov avqustun 26-sı saat 20:00-da "Mambo Beach Club"da konsert proqramı ilə çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, gecənin aparıcıları Seyran Babayev və İskəndər İbrahim, qonaqlar Sevda Yahyayeva, Cin, "Qala" qrupu, Qurd olacaq.
Konsertin sonunda "Bolşoy Prazdnik" tərəfindən sürprizlər gözlənilir və sonra Dj China Afterparty-də öz miksləri ilə rəqs meydançasını coşduracaq.