18 Avqust 2016 12:16
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Qara bağ” filmi avqust ayının 23-də YARAT Film Klubunda nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Amil Məmiyevdir. 2015-ci ildə lentə alınan film “40-cı paraleldə” kinoalmanaxına daxildir.

Film məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.

Çəkilişlər Bakıda və Hacıqabul rayonunun Qızılburun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb.

Filmin quruluşçu operatoru Rauf Qurbanəliyev, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfər, Ayşad Məmmədov, Məzahir Həşimov və digərləri çəkiliblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər