18 Avqust 2016 16:11
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərova yeni mövsümdə seriala çəkilməyəcək.

O, Teleqraf.com-a açıqlamasında yorulduğunu deyib: “Bir təklif olmuşdu... Amma ardı gəlmədi. Başqa layihələr də var, sadəcə olaraq, o haqda danışmağa icazəm yoxdur. Onu deyim ki, maraqlı təkliflər var”.

“Bir ailəm var”da canlandırdığı ana obrazı ilə tamaşaçıların rəğbətini toplayan aktrisa o serialdan sonra serial və rol seçiminə məsuliyyətlə yanaşmaq lazım olduğunu bildirib: ““Bir ailəm var”dan öncə də “Susmuş vicdan” adlı bir serialda çəkilmişdim. O serial az-çox tamaşaçıların rəğbətini qazandı. Amma “Bir ailəm var” tamaşaçılar tərəfindən böyük uğur qazandı, yadda qaldı. Doğrusu, indi yorulmuşam, istirahət etmək istəyirəm. Amma əgər çəkilsəm, elə serialda oynamaq istəyirəm ki, yaddaşlara həkk olunsun".

Aktrisa Teatr Xadimləri İttifaqında yeni tamaşada rol aldığını da bildirib. İoneskonun “Stullar” əsəri əsasında səhnələşdirən tamaşada aktrisanın tərəf müqabilləri xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimovdur: “Teatr layihəm demək olar ki, hazırdır. Tamaşaya baxış olub, amma bəzi xırdalıqlar var ki, onlar yenidən işlənəcək. Güman ki, yeni mövsümdə tamaşanın premyerası olacaq”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər