İstedadlı bəstəkar, ifaçı, Fransa “Səs 2016” müsabiqəsinin iştirakçısı Araz Hümbətli YARAT Müasir İncəsənət Məkanında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, 31 avqust tarixində keçirilən canlı musiqi axşamında Azərbaycan və Fransa musiqiləri Arazın ifasında təqdim olunacaq.
Arazın musiqiyə məhəbbəti kiçik yaşlarından yaranıb. 11 yaşında saksofon üzrə musiqi məktəbinə qəbul olan Araz, artıq 15 yaşında ilk solo konserti keçirmişdi. 16 yaşında isə “Red Sky” adlı rok qrupunu təşkil edib və ilk musiqi albomunu çıxardır. Araz bir müddət Fransada yaşayıb, Fransa “Səs 2016” müsabiqəsinə qatılıb. Səsi və bəstələdiyi musiqilərlə münsiflər heyətini sehirləyən ifaçı tamaşaçıların da böyük rəğbətini qazanmışdı.
Müsabiqədən sonra vətəninə qayıdan ifaçı tar üzrə dərslər almağa qərar verib. Arazın əsas musiqi istiqaməti psixodelik etno-fyujn janrıdır və o, böyük müvəffəqiyyətlə öz musiqisini xarici ölkələrdə ifa edir.
Nərmin