YARAT Film Klubun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Hədiyyə” filmi nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, avqustun 30-da nümayiş olunan film dram janrındadır.
Film yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.
Ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, operator Elman Əliyevdir. Baş rollarda Şamil Süleymanlı, İlahə Həsənova, Qorqud Cəfərli çəkilib.
Emin Əfəndiyev 1987-ci ildə Azərbaycanda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini bitirib. O, 2007-ci ildə START Beynəlxalq Film Festivalında mükafata layiq görülüb. Rejissor daha öncə "0:1" və "Yuva" qısametrajlı filmini çəkib.
Nərmin