27 Avqust 2016 18:54
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Estrada Teatrı sentyabr ayında yeni heyətlə tamaşaçıların qarşına çıxacaq.

Teleqraf.com xəbər verir ki, teatrda çalışacaq bəzi məşhur simaların adları artıq məlumdur.

Belə ki, bu heyətə İslam Mehrəliyev, Vüsal Murtuzəliyev, Kənan Yusif, Erkin Zeynallı, Nofəl Şahlaroğlu, İlkin İmanov, Əlibəy Məmmədli daxildir.

Bundan başqa teatr heyəti daha da genişləndirmək üçün kastinq də keçirəcək.

Qeyd edək ki, bu ilin mart ayında Bakı Estrada Teatrında rəhbər dəyişikliyi baş verdi. Mədəniyyət və Turizm İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin müvafiq əmrinə əsasən Fariz Əliyev teatrın direktoru təyin olunub.

Fariz Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. O, "SOY" prodakşnın hazırladığı “Səs verməyin" şousunun, Atv kanalında yayımlanan "Belə yaxşıdır " və "Tamamla" verilişlərinin ssenaristi, "Yeni Bakılılar" klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. "My name is Intiqam-1", "My name is Intiqam-2" , "Şər qarışanda" filmlərinin ideya və ssenari müəllifidir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər