30 Avqust 2016 18:02
4 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox iddialıyıq. İnanırıq ki, gözəl, maraqlı bir işlə tamaşaçıları sevindirəcəyik”.


Bu sözləri Teleqraf.com-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru, ötən ay əməkdar artist fəxri adına layiq görülən Rasim Cəfər ekranlara çıxacaq "Məryəm" teleserialından danışarkən deyib:

“Mən serialda həm əsas qəhrəmanlardan biri Azər obrazını canlandırıram, həm də aktyorlarla işə cavabdehəm. Qıhrəmanım çox maraqlıdır. Ailəsini qorumağa çalışan, çabalayan biridir. Çox mürəkkəb və çoxqatlı xarakteri var.

Təklif alanda ilk seriyaların ssenarisini oxudum və razılıq verdim. Serialın rejissoru tələbəlik vaxtından tanıdığım dostum, uzun illər eyni teatrda çalışdığım Sain Qəhrəmandır. O bundan öncə "Sənə inanıram", "Tufanlı səma" seriallarının eləcə də “Sadəcə sev” filminə quruluş verib”.

“Media Master” istehsalı olan “Məryəm”də əsas rolları Rasim Cəfərlə yanaşı Günəş Mehdizadə, Azər Aydəmir canlandırır.

Həmçinin serialda Nəsibə Eldarova, Kazım Abdullayev, Gülər Nəbiyeva, Faiq Mirzə, Səfa Mehdi, Pərvanə Talıbzadə, Ziya Ağa, Elnur Abbaszadə, Cümşüd Zeynalov, Səbinə Məmmədova və başqaları çəkilir.

Serial ATV kanalında yayımlanacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər