2 Sentyabr 2016 02:00
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrı sentyabr ayının 17-də 89-cu teatr mövsümünə start verəcək.

Teleqraf.com xəbər verir ki, bunu teatrın direktoru Mübariz Həmidov geniş kollektiv toplantısında deyib. Həmin gün teatrda “Tülkü tülkü tünbəki” (premyera) və “Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək.

Oktyabr ayının 12-dən 15-dək Kalmık Milli Dram Teatrının kollektivi teatrın qonağı olacaq. Qastrol səfərində bir neçə istedadlı kalmık rəssamının əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək, teatr maraqlı eksperiment aparacaq.

Yeni mövsümdə məşqlərinə hələ ötən mövsümdə start verilmiş iki tamaşa təqdim olunacaq. Bunlardan biri Məhəmməd Füzulinin "Leyli və Məcnun", digəri isə “Uzuncorab Peppi” əsərinin motivləri əsasında hazırlanıb.

Mövsümün növbəti premyerası Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəri olacaq.

Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər