2 Sentyabr 2016 13:04
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada təhsil alacaq 11 azərbaycanlı gəncə tələbə biletlərinin təntənəli təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu, nazirliklə Boris Şukin adına Teatr İnstitutu arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

Layihəyə uyğun olaraq institutun tanınmış mütəxəssisləri tərəfindən Bakıda keçirilmiş müsabiqə əsasında seçilən gənclər Moskvada “Teatr və kino dram aktyoru” və “Teatr rejissoru” ixtisasları üzrə 5 il müddətində təhsil alacaqlar.

Nazirlik nümayəndəsi İsmayıl Hüseynov bildirib ki, nazirlik gənclərin Rusiyada təhsil haqqı və yaşayış, aviabilet xərclərinin, eləcə də aylıq təqaüdlərin ödənilməsini öz üzərinə götürüb. Moskvada təhsili başa vurduqdan sonra gənclər vətənə dönəcək və nazirlik tərəfindən işlə təmin olunacaqlar.

“Çalışacağıq ki, institutumuzda təhsil alacaq azərbaycanlı gənclər milli teatr sənətinizə yeni hisslər, yeni ideyalar gətirsinlər, teatr prosesinin liderlərinə çevrilsinlər”. Bu sözləri azərbaycanlı gənclərin kurs rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi, professor Mixail Borisov bildirib.

11 gənc arasında Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev, Bakı Film İnstitutunun tələbəsi Ruslan Pavlov, Mədəniyyət və İncəsənət Universitetini bitirən tələbələr də var.

Nərmin


Müəllif:

Oxşar xəbərlər