“Dərs” bədii filmi 25-ci “Kinoşok”beynəlxalq film festivalının “KinoMalıŞok” müsabiqə proqramında yer alıb.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdiyi festival 3-10 sentyabr tarixlərində Rusiyada keçiriləcək.
Festival çərçivəsində filmimiz Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Rafiq Əliyev, Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev.
Ekran əsəri uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.
Nərmin