5 Sentyabr 2016 21:00
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrı oktyabr-noyabr aylarında dörd Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, ilk festival oktyabr ayında baş tutacaq. Oktyabrın 2-dən 7-ə dək teatrının kollektivi RF-nın Perm şəhərində II Beynəlxalq Martin MakDonax Teatr Festivalında Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə çıxış edəcək.

Oktyabr ayının 11-dən 17-dək Vilnus və Visaqinas (Litva) şəhərlərində baş tutacaq “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında kollektiv S.Bekketin “Sözsüz” monotamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçısı Şövqü Hüseynovdur.

Kollektiv cari ilin noyabr ayında Kişinyev şəhərində keçiriləcək “Moldfest.Rampa.Ru” VIII Beynəlxalq Teatr Festivalında, eləcə də, RF-nın Kalmıkiya Respublikasında fəaliyyət göstərən Kalmık Milli Dram teatrında qastrol səfərində olacaq.

Nərmin


Müəllif: