Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, mövsüm sentyabr ayının 20-də baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə açılacaq.
Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibaşçısı isə Ramiq Mehdidir.
Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir.
Bundan başqa teatrda sentyabr ayında “Rindü-şeyda”, “Medeya. Sekvensiya 001”, “Kafkadan salam”, “Məhşər günü”, “Naməlum Axundzadə” tamaşaları nümayiş olunacaq.
Teatr cari mövsümdə L.Borxesin “Ölümsüzlük”, S.Moemin “Kilsə xidmətçisi”, Q.Makresin “Nəhəng qanadlı ahıl senyor”, O.Pamukun “Mənim adım qırmızı”, M. fon Maenbuqrun “Eybəcər”, K.Abdullanın “Bir, iki, bizimki...”, Elçinin “Cəhənnəm sakinləri”, Qan Turalının “Polkovnikin 3 günü” əsərlərinə də müraciət etməyi planlaşdırır.
Nərmin