7 Sentyabr 2016 13:47
1 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaranıb.

Teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə Teleqraf.com-a açıqlamasında deyib: “Hazırda heyətimiz on iki nəfərdən ibarətdir. Əsas heyəti əlilliyi olan aktyorlar təşkil edir. Lakin əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək.

Dünyada əlilliyi olan və ya daun sindromlu aktyorlardan ibarət teatr olsa da, sayları çox azdır. ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd, əngəl tanımadığını təsdiq edəcək.

Hazırkı dövrdə bu teatr Azərbaycan teatrının sözün əsl mənasında əsası olacaq”.

Teatrın bədii rəhbəri oktyabr ayının başlanğıcında ilk tamaşalarının premyerasının olacağını deyir. Hazırda tamaşanın məşqləri gedir.

Qeyd edək ki, teatrın direktor vəzifəsini gənc təlimçi, motivator, “Uğurun Xəritəsi” kitabının müəllifi Murad Məmmədov daşıyacaq.

Ətraflı məlumatı teatrın feysbuk səhifəsindən əldə edə bilərsiniz:

https://www.facebook.com/esateatr


Müəllif:

Oxşar xəbərlər