28 İyun 2014 13:57
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman müxtəlif kampaniya və aksiyaları ilə öz müştərilərini sevindirən “28 Cinema” növbəti aksiya keçirir.

Kinoteatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, 30 İyun Sevgililər günündə sevgililər üçün xüsusi tədbir təşkil olunacaq. Həmin gün 1 bilet alana ikinci bilet pulsuz veriləcək.

Bundan başqa, “28 Cinema” kinoteatrı tərəfindən xüsusi hazırlanmış şam yeməyi hədiyyə olaraq təqdim olunacaq.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından biletləri onlayn olaraq əldə edə bilərsiniz .

Aytən Həsənova


Müəllif: