13 Sentyabr 2016 12:05
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasovanın oğlu seriala çəkilir.

Teleqraf.com xəbər verir ki, bu haqda aktrisanın özü məlumat yayıb. Abbasovanın kino operatoru ixtisası üzrə təhsil alan oğlunun “Sevda kuşun kanadında” serialında ilk çəkilişi baş tutub:

“Kino operatoru ixtisasında oxuyan oğlumu nəhayət ki, heç olmasa bir serialda oynaması üçün yola gətirdik. Mənim də oynadığım və TRT 1 kanalında yayımlanan “Sevda kuşun kanadında” serialında ilk çəkilişlərinə başladı. İlk gün inanılmaz həyəcanlı idi. Aktyor olacaq, ya da olmayacaq, bilmirəm. Amma bu hadisə oynadığım bir serialda mənim üçün çox gözəl xatirədir. Belə mühüm bir günündə aktrisa olaraq yox, bir ana olaraq onu yalnız buraxmadım”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər