20 Sentyabr 2016 13:56
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda “Təzə Pir” məscidindən məşhur televiziya rejissoru Ələkbər Kazımovskiylə vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, mərasimdə mərhumun ailəsi, yaxınları, sənət adamları iştirak edir.

Rejissor ötən gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində qəflətən dünyasını dəyişib.

Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” filmlərinin rejissorudur. Uzun illər AzTV-də çalışıb.

O, rejissor Rauf Kazımovskinin oğludur.

Pərvin


Müəllif: