Musiqili Teatrda yeni tamaşanın məşqlərinə start verilib.
Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında yeni hazılanacaq səhnə əsərinin özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyası olduğunu bildirib.
Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
2016-cı ilin sonuna qədər premyerasının keçirilməsi planlaşdırılan “Molla Nəsrəddinin beşinci arvadı” tamaşasında Əzizağa Əzizov, Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov və başqaları iştirak edəcəklər.
Nərmin