22 Sentyabr 2016 10:23
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejisssor Gümrah Ömər Ado Teatrının “GOTT və ya cənnətin işğalı” adlı tamaşasında aktyorların səhnəyə pamperslə çıxmasını normal qəbul etdiyini deyib.

Rejissor Teleqraf.com-a açıqlamasında Ado Teatrının yaşamasının tərəfdarı olduğunu deyib: “Aktyorların səhnəyə pamperslə, çılpaq, yaxud da alt paltarıyla çıxması adi haldır. Əgər həyatda kimsə o cür davranarsa, təbii ki, insanların hissiyatına toxuna bilər. Amma sənət xüsusi yaradıcılıq məkanıdır. İnsanlar hansı teatra getdiyini bilir. Ona görə də orada problem görmürəm. Ədəb qaydaları sənətlə bağlı olmamalıdır. Teatr yaradıcı və azad bir sahədir. Bu gənclərə mənfi təsir göstərə bilməz. Ümumiyyətlə, o teatrda tamaşalar azyaşlılara, məktəblilərə və gənclərə nümayiş olunmur. Məktəblilərimiz üçün də kifayət qədər tamaşalarımız var. Biz hansı zəmanədə yaşayırıq ki, bu olmaz, bu olar və s. düşünək”.

Rəqsanə


Müəllif: