25 Sentyabr 2016 20:39
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika fotoqrafı Cok Sturgesin Moskvada açılan “Utanmadan” sərgisi bağladılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Dojd” telekanalı məlumat yayıb.

Bildirilir ki, Lyumer qardaşları adına Fotoqrafiya Mərkəzində açılan sərgi İctimai Palatanın qərarından sonra bağlanıb.

İctimai Palatanın təhlükəsizlik məsələləri komissiyasının rəhbəri Anton Çvetkov bu qərarı qalereya rəhbərliyi ilə birgə verdiklərini bildirib.

40-a yaxın fotonun olduğu sərgi sentyabrın 8-də açılmışdı.

Cok Sturges müxtəlif pozalarda olan çılpaq qadınları çəkən fotoqraf kimi tanınır.


Müəllif: