29 Sentyabr 2016 13:48
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səhnə əsərinin növbəti nümayişi həftəsonu – 30 sentyabr tarixində saat 19.00-da baş tutacaq.

Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar yaranmış uzun fasilədən sonra növbəti dəfə səhnəyə çıxacaq. Bundan öncə isə o, 107-ci mövsümün açılış günü – dahi Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyasında tamaşaçıların görüşünə gəlmişdi.

Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları ifa edirlər.


Müəllif:

Oxşar xəbərlər