4 Oktyabr 2016 16:03
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin iyun ayında mədəsində ağrılara görə həkimə müraciət etdik. Onda bildik ki, xərçəng xəstəliyinə tutulub. İki dəfə əməliyyat olundu. Amma bu günə kimi dözə bildi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış rejissor Yusif Əkbərovun həyat yoldaşı Rəfiqə Əkbərova deyib.

Onun sözlərinə görə, xəstəliyini heç vaxt ürəyinə salmazdı: “Yusif sənətin fədaisi idi. Onun ölümüylə Azərbaycan mədəniyyəti fitri istedada sahib rejissorunu itirdi. Çoxları bilmir ki, “Bəxt üzüyü” tamaşasını ilk dəfə Yusif hazırlayıb. Məhz o Moşu və Söylü obrazlarını ilk dəfə xalqa tanıtdırdı, sevdirdi. Tamaşanın böyük uğurundan sonra onun filmi də çəkildi.

Çox təvazökar insan idi, heç vaxt “mən etmişəm, mən hazırlamışam” iddiası ilə çıxış etməzdi. Mən bilirəm ki, bir tamaşanı hazırlamaq üçün nə qədər həyəcan keçirir, əziyyət çəkirdi. Tamaşanı təhvil verənə kimi orkestlə, aktyorlarla, musiqiçilərlə, rəqqaslarla nə qədər məşq edirdi. Gecə səhərə qədər pyesə düzəlişlər edirdi. Yaratdığı hər bir əsərlə yaşayırdı. Ən xırda detalı belə araşdırırdı. Ona görə hazırladığı hər tamaşaya möhürünü vururdu. Mən hər dəfə teatrda onun hazırladığı tamaşalara baxanda qürur hiss keçirirəm.

O, heç vaxt kiminsə haqqında pis danışmazdı, gileylənməzdi, indiki zəmanadə onun kimi insan barmaqla sayılacaq qədərdir. İnsanları sevirdi, evdəki pişiyin də qayğısını çəkirdi”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər