4 Oktyabr 2016 16:26
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrının kollektivi unudulmaz gülüş ustası, xalq artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı böyük sənətkarın məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, ziyarətdə Musiqili Teatrın Ədəbi hissə müdiri, Telli Pənahqızı, xalq artisti, İlham Namiq Kamal və teatrın kollektivi iştirak ediblər.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev Hacıbaba Bağırovu gülüş ustası kimi Azərbaycan teatr sənətində əbədi iz qoyanlardan biri adlandırıb: “İstər kino sahəsində, istərsə də teatr tamaşalarında canlandırdığı obrazlar bunun bariz nümunəsidir. Uzun illər teatrımızın direktoru vəzifəsində çalışması həm də onun bir rəhbər kimi idarəetmə bacarığının sübutu idi. Həm aktyor, həm direktor, həm də bir insan kimi Hacıbaba müəllim hər zaman başqalarından seçilirdi. O, mədəniyyət tariximizdə daima yaşayacaq sənətkarlardandır”.

Çıxış edənlər Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, yaratdığı hər bir obrazın özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından hər kəsə təşəkkürünü bildirib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər