1 İyul 2014 11:18
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 27-də Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin "Kişi və qadın" komediyasına ictimai baxış olub. Teatrdan qəzetimizə verilən məlumata görə bir aylıq intensiv məşqlər müsbət bəhrəsini verib.

Rayon ziyalılarının iştirakı ilə baş tutan sınaq tamaşası böyük hərarətlə qarşılanıb. Tamaşanın müzakirəsində dramaturji material, peşəkar rejissor işi və istedadlı aktyor oyunu yüksək qiymətləndirilib.

Bütün zamanlar üçün aktual olan kişi və qadın münasibətləri, məhəbbət, sədaqət, etibar, habelə xəyanətdən bəhs edən və ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya qoyulmuş bu əsərə Qazax teatrında Xalq Artisti Zülfüqar Abbasov çox maraqlı və orijinal quruluş verib.

Məlumat üçün bildirək ki, tanınmış dramaturqun bu əsəri ilk dəfə dünyasını vaxtsız dəyişmiş görkəmli rejissorumuz Hüseynağa Atakişiyev tərəfindən Dövlət Gənclər Teatrında tamaşaya qoyulub. Sonralar Gəncə, Qusar, Mingəçevir teatrları da bu əsərə müraciət ediblər.

Nərmin


Müəllif: