1 İyul 2014 14:45
1 406

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası uşaqlar üçün yeni filmin çəkilişlərinə start verib.

Kinostudiyanın direktoru Müşfiq Hətəmov Teleqraf.com-a açıqlamasında bildirib ki, “Dəyərli adlar” adlanan tammetrajlı bədii filmin çəkilişlərinə iyun ayının 25-dən başlanılıb. Film uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədov və Rafiq Əliyev, operatoru Rauf Qurbanəliyevdir.

“Bu gün sərhədlər açılır, Azərbaycana o qədər informasiyalar daxil olur ki, bu bolluqda uşaqları düzgün tərbiyələndirmək, istiqamətləndirmək şərtdir. Mənfi halların neytrallaşdırılması üçün belə uşaq filmlərinin çəkilməsinə böyük ehtiyac var. Uşaqlarla işləmək prosesi çətin olduğuna görə biz iki rejissor təyin etdik. Cavid Təvəkkül gənc, istedadlı rejissordur. Rafiq Əliyev isə uzun illərdir ki, aktyor, rejissor sənətindən dərs deyir. Eləcə də, çoxlu sayda tammetrajlı filmlərdə ikinci rejissor kimi çalışıb. Belə qərara gəldik ki, filmin uğurlu alınması üçün iki rejissorun bir yerdə əməkdaşlıq etməsi məqsədəuyğundur”,- deyə direktor bildirib.

Nərmin


Müəllif:
Загрузка...