Xalq artisti Samir Cəfərov ilk dəfə Balaş rolunda səhnəyə çıxacaq.
Opera və Balet Teatrından Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operası noyabrın 6-da növbəti dəfə nümayiş olunacaq. Budəfəki tamaşanın özəlliyi Balaşı opera səhnəsinə Koroğlu rolu ilə gələn və bir sıra klassik operalarda aparıcı partiyaları ifa edən Samir Cəfərovun ifa etməsidir.
Onun tərəf müqabilləri əməkdar artistlər İlahə Əfəndiyeva (Sevil), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Əkrəm Poladov (Əbdüləli bəy) və başqalarıdır.
Nərmin