20 Oktyabr 2016 18:30
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sonuncu” qısametrajlı bədii filmi “Beş günə beş il” Beynəlxalq Rusiya Filmləri Festivalında nümayiş etdiriləcək. Festival oktyabrın 24-dən 28-dək Livanın paytaxtı Beyrutda keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmimizin nümayişi oktyabrın 26-da baş tutacaq.

“Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.

Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırıblar.

Qeyd edək ki, milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında Azərbaycan ilk dəfə məhz bu filmlə təmsil olunub.


Müəllif:

Oxşar xəbərlər