27 Oktyabr 2016 15:01
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir aktrisa kimi Fuad Poladovun teatrdan getməsini istəməzdim”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova deyib.

O xəbəri saytlardan oxuduğunu deyib: “Bu yaxında Fuadla teatrda görüşdük, söhbət etdik. Amma olanlardan xəbərim yoxdur. Bir aktrisa kimi onun getməyini istəməzdim. Açığı, başqa nəsə bilmirəm, bilmədən də bir söz deyə bilmərəm. Bir də görürsünüz, sayt yazır, amma sonra başqa cür olur. İşə gedəcəm, məsələni orda dəqiq öyrənəcəm”.

Aktrisa Fuad Poladovla uzun illər tərəf müqabili olduğunu bildirib: “İndi repertuarda eyni tamaşada rol almırıq. Amma vaxtilə biz çox tamaşalarda bərabər oynamışıq. Elə “Təhminə və Zaur” tamaşasını deyə deyərəm. Uzun illər bu tamaşada bərabər oynadıq, orda Fuad Poladovun oynadığı Zaurun həyat yoldaşı Firəngiz rolunda çıxış edirdim.

Fuad qabiliyyətli, layiqli, ən sevdiyim aktyorlardan, tərəf müqabillərindən biridir. İnsan kimi də onu çox istəyirəm.

Nərmin


Müəllif:

Oxşar xəbərlər