Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə Bakıda Part İnn otelində ziyafət təşkil edilib.
Teleqraf.com xəbər verir ki, ziyafətdə Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral və həyat yoldaşı iştirak edib. Gecəyə məşhur opera ifaçısı Oya Ergün ifaları ilə rəng qatıb. İfaçı məşhur əsərlərini səsləndirib.
Oya Ergün konsertdə həm də özünü dirijor kimi sınayıb. Belə ki, o, "Cumhuriyyət qadınları" xorunu idarə edib. Onu İstanbulun məşhur musiqiçiləri Hakan Kaya və onun orkestrì müşayiət edib. Qeyd edək ki, ziyafəti "Bakı Söhbət Toplantıları" klubu təşkil edib.
Rəqsanə