3 Noyabr 2016 16:31
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, ADMİU-nin elmi şurasının qərarı ilə təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verilib.

Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilib.

Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

Nərmin


Müəllif: