Noyabrın 3-də Bakıda keçirilən “İtalyan festivalı” çərçivəsində italyan və yerli musiqiçilərin iştirakı ilə konsert proqramı olub.
Teleqraf.com xəbər verir ki, konsertdə tenor İlham Nəzərovu Stefano Muskaritolo (elektro gitara), Kəmalə Əlizadə (piano) və Azərbaycan Dövlət Simli Musiqi Alətləri Kvarteti müşayiət edib.
Tədbirdə art rəssam Federiko Babinanın əsərləri nümayiş olunub.
Festival İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.