5 Noyabr 2016 18:58
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası olub.

Teleqraf.com xəbər verir ki, dövlət sifarişi ilə hazırlanmış səhnə əsərinin quruluşçu-rejissoru “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər, rejissoru Tərlan Abdullayev, quruluşçu-rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır.

Bu tamaşa Gümrah Ömərin Lənkəran Dövlət Dram Teatrının səhnəsində hazırladığı üçüncü səhnə əsəridir.

Bundan əvvəl rejissor Lənkəran teatrında Əli Əmirlinin “Onun iki qabırğası” və Elçinin “Cəhənnəm sakinləri” əsərlərinə quruluş verib.


Müəllif:

Oxşar xəbərlər