Prezident İlham Əliyev televiziya və radio sahəsində çalışan insanlara fəxri adların verilməsi haqqında sərancam imzalayıb. Bir çox aparıcılar və sənət adamları fəxri ada layiq görülüblər.
Teleqraf.com. xəbər verir ki, Zaur Baxşəliyev aparıcılıq etdiyi “Ümid var” verilişində bu sözləri deyib: “Çox həyəcanlıyam. Mənim üçün çox məsuliyyətli andır. Cənab perzidentimiz uzun illərdir ki, televizyada, mətbuatda çalışan jurnalistləri mükafatlandırır. Onların güzəranının yaxşılaşması üçün əlindən gələni edir. Mətbuat nümayəndələri üçün ev tikdirir. Bir çox aparıcıları və jurnalistləri fəxri ada layiq görüb. Cənab Prezidentimizə şəxsən öz adımdan və Azad Azərbaycan Televiziyası adından sonsuz təşəkkür edirəm. Bundan sonra çiynimizə daha böyük məsuliyyət düşür”.
Rəqsanə