16 Noyabr 2016 10:45
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com mərhum Fikrət Sadığın "Əlləri qoynunda" şeirini təqdim edir:

İndi, hər çətin iş görülür pulla,
Tale - bir küncdə qalıb,
əlləri qoynunda.

Yaxşının bəxti yaman gətirib.
Əla - bir küncdə qalıb,
əlləri qoynunda.

Eləni elə şişirdiblər ki,
Belə - bir küncdə qalıb,
əlləri qoynunda.

İnsana zülm edən elə insandır
Bəla - bir küncdə qalıb,
əlləri qoynunda.


Müəllif:

Oxşar xəbərlər