Tanınmış skripkaçı Nəzrin Rəşidova noyabrın 24-də Uimbldon Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Teleqraf.com ifaçının saytına istinadla xəbər verir ki, tanınmış skripkaçı Nəzrin Rəşidova Daniel Qrimvudla (fortepiano) birgə Triniti kilsəsində konsert verəcək. Konsertdə Edvard Elqar, Moris Ravel, Bela Bartok, Hovard Ferqyuson və Daniel Qrimvudun əsərləri səsləndiriləcək.