Azərbaycan kinosunun tanınmış siması, "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm bağışla" filmlərində maraqlı obrazlar yaradan Rəsmi Cəbrayılov Bakıya gəlib.
Rusiyanın Mayakovski adına Moskva Akademik Teatrında çalışan 84 yaşlı aktyor Azərbaycan tamaşaçılarına "Bəyin oğurlanması" filmində Əhməd dayı obrazı ilə tanışdır. Bakıya sonuncu dəfə 35 il əvvəl gəldiyini deyən aktyor, Azərbaycanlı sənətkarlar ilə uzun illərdir görüşmədiyini də , vurğulayıb. Qeyd edək ki, milliyətcə ləzgi olan Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub. Xatırladaq ki, "Bəyin oğurlanması" bədii filmində Əhməd dayı obrazını canlandıran Rəsmi Cəbrayılovu Azərbaycanın xalq artisti Rafiq Əzimov səsləndirib.