19 Noyabr 2016 13:48
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cinema Plus” kinoteatrlar şəbəkəsində ilk dəfə dublyaj olunmuş film nümayiş etdirilir.

Teleqraf.com xəbər verir ki, söhbət “Hamıya qarşı” adlı Amerika filmindən gedir.

Filmin ötən gün keçirilən qapalı nümayişində mətni səsləndirən sənətçilər də iştirak edib. Bu barədə uzun illər dublyaj sahəsində çalışan reper Elmir sosial şəbəkədə məlumat verib: “Bu gün dublyaj etdiyimiz filmin bağlı nümayişi oldu. Gülüş və alqış səslərinə əsaslansaq deyə bilərəm ki, bəyəndilər”.

Filmin dublyajında Elmirlə yanaşı, aparıcı-aktyor Tural Əsədov, aktyor Zaur Şəfiyev də iştirak edib.

Aldığımız məlumata görə, Azərbaycan kinoteatrlarının aldıqları yeni xarici filmlər Tural Əsədovun rəhbərliyi ilə Azərbaycan dilinə dublyaj ediləcək.

Nərmin

Teleqraf.com sözügedən filmin dublyaj rejissoru və baş redaktoru olan Xətai Əlinin instaqram hesabına istinadən aktyorların dublyaj anında lentə alınan görüntülərini təqdim edir:



Müəllif:

Oxşar xəbərlər