19 Noyabr 2016 16:43
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yeni quruluşda təqdim olunacaq səhnə əsərinin nümayişi bəstəkarın 90 illiyinə həsr olunub.

Tamaşada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov, əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Əkrəm Poladov, Fərid Əliyev, Cahangir Qurbanov, İlkin Əhmədov, gənc solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Səbinə Əhmədova çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.


Müəllif:

Oxşar xəbərlər