21 Noyabr 2016 19:25
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayının 22-27-i Bakıda Türk Film Həftəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Türk Filmləri Həftəsi Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin baş sponsorluğu, TİKA və Yunus Əmrə İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Film Həftəsi ilə əlaqədar olaraq Türkiyə Prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu və Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu Bakıya gəlib.

Bundan başqa azərbaycanlı tamaşaçılara “Təhminə və Zaur” filmində yaratdığı Təhminə ilə tanınan Meral Konrat, gənc aktyorlar Sarp Levendoğlu, Emre Kızılırmak, həmçinin rejissorlar Ozhan Eren, Öner Kılıç, Altan Sönmez də Bakının qonaqları olacaq.

Həftə çərçivəsində “Kalandar soğuğu”, “Deliormanlı”, “Son mektup”, “Birleşen yollar”, “Elveda Katya” filmləri nümayiş olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər