Azərbaycanın xalq artisti Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalov evə buraxılıb.
Bunu Teleqraf.com-a açıqlamasında Məmməd Zeynalovun qızı Gülbəniz Zeynalova deyib. Onun sözlərinə görə, həkimlər qardaşının ayağa qalxmasına icazə vermirlər: “Bir həftə əvvəl qardaşımı xəstəxanadan evə gətirdik. Həkimlərin məsləhəti belə oldu. Tam sağalmasa da, yavaş-yavaş düzəlir. Şükür Allaha ki, ayağa qalxır. Həkimlərin sözlərinə görə, qardaşımın mütəmadi ayağa qalxması təhlükəlidir. Çünki təzyiqi yüksəlsə, vəziyyəti çox pis olacaq”.
Gülbəniz Zeynalova qeyd edib ki, Məmməd Zeynalova təcili böyrək köçürülməlidir: “Bununla bağlı çox yerə müraciət etmişik, cavab gözləyirik. Heç kim maddi yardım göstərmir. Bank hesabı da açıldı, amma heç nə yığılmadı. Bütün xərcləri ailəmiz ödəyir”.
Nərmin