Dekabrın 4-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni səhnə əsəri - “Underground” nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcək.
Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.
Yeni səhnə əsəri dekabrın 24-də də növbəti dəfə teatrsevərlərə təqdim olunacaq.